Futbol üzrə Almaniya millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.
"Report" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.
Yekun siyahıya "Bavariya"nın qapıçısı Manuel Noyer də daxil edilib. O, 2024-cü ilin avqustunda yığma karyerasını bitirdiyini açıqlamışdı.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Almaniya millisi E qrupunda Ekvador, Fil Dişi Sahili və Kurasao ilə mübarizə aparacaq.