AZ

Hafiz Hacıyevdən Günay Ağamalının uşaq pulu ilə bağlı açıqlamasına sərt reaksiya

Deputat Günay Ağamalının “uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər” fikirləri cəmiyyətdə narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri deputatın açıqlamasını tənqid ediblər.

Məsələ ilə bağlı “Sitat.info”ya danışan Hafiz Hacıyev deputatın çıxışına sərt reaksiya verib.

H.Hacıyev bildirib ki, bəzi deputatlar hökumət əleyhinə kampaniya aparırlar:

“Günay Ağamalı çox böyük səhvə yol verib. Deputatın bu açıqlaması utancvericidir. Bir vaxtlar Sayad Aran camaatı qızışdırırdı, indi də belə açıqlamalar verilir. Ramiz Mehdiyev zərərsizləşdiriləndən sonra 5-ci kolon yenidən fəallaşıb. Azərbaycanda əhalinin sayı azalır. Belə mənasız fikirlər səsləndirmək düzgün deyil. Uşaqpulu veriləndə insanlar niyə tənbəlləşsin ki?” – deyə o vurğulayıb.

Qeyd edək ki, deputat Günay Ağamalının səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aytac
Sitat.info

Seçilən
39
5
sitat.info

6Mənbələr