AZ

Kestutis Budris: Rusiya qəsdən Ukrayna dronlarını Baltikyanı ölkələrə yönəldir

Yazını böyüt
Yazını kiçilt

Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, Rusiya qəsdən Ukrayna silahlı pilotsuz uçuş aparatlarını (PUA) Baltikyanı ölkələrin hava məkanına yönəldir, eyni zamanda Litva, Latviya və Estoniyaya qarşı qarayaxma kampaniyası aparır.

Hafta.az yazır ki, sosial mediada verdiyi açıqlamada Budris deyib ki, bu, Rusiyanın çarəsizliyinin əlamətidir. Moskva xaos yaratmağa və Ukraynanın Rusiya hərbi infrastrukturuna ağır zərbələr endirməsi faktını kölgədə qoymağa çalışır.

Kremlə müraciət edən Budris deyib: "Yaxşı cəhd, amma yenə də uğursuz oldun. NATO birdir. Biz havada, quruda və dənizdə müttəfiq ərazisinin hər qarışını müdafiə etməyə hazırıq".

Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkənin hava məkanına daxil olan PUA-nın Baltik hava müdafiə sistemləri tərəfindən Virtsjärv gölü üzərində vurulduğunu açıqlayıb.

Pevkur, PUA-nın çox güman ki, Ukrayna mənşəli olduğunu və Rusiyadakı hədəflərə doğru yönəldiyini bildirib, hadisənin təfərrüatlarının Estoniya Hərbi Hava Qüvvələri və Təhlükəsizlik Polisi tərəfindən araşdırıldığını əlavə edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tiksi də hadisənin Rusiya elektron müharibə sistemləri tərəfindən təsadüfən törədilən bir vəziyyət olduğunu bildirib və Estoniyadan üzr istəyib.

Seçilən
11
hafta.az

1Mənbələr