AZ

Türk ordusu tarix boyu girdiyi heç bir yeri dağıtmayıb Ərdoğan

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə olaraq müharibəyə və xaosa sərmayə qoyanlara qarşı sülh və sabitliyin tərəfdarı olmağa davam edəcəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qəzzada, Livanda və bölgəmizin digər yerlərində uşaqları, qadınları və yaşlıları heç bir fərq qoymadan qətlə yetirən soyqırım şəbəkələrinə qarşı ortaq insanlıq dəyərlərini müdafiə etməyə qətiyyətlə sadiq qalacağıq. Tarix türk milləti ilə dostluğun nələrə gətirib çıxardığına və türklərə qarşı düşmənçiliyin nəyə başa gəldiyinə dair saysız-hesabsız nümunələrlə doludur.

Türk ordusu tarix boyu girdiyi heç bir yeri dağıtmayıb, əksinə, viran edilmiş yerləri bərpa edib. Ən sərt şərtlər altında belə, ordumuz düşmən ünsürlərindən başqa heç bir insana, canlıya, ağaca və ya şəhərə zərər verməyib. Əksinə, dağıdılmış yerləri yenidən tikmiş və canlandırmışdır”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
axar.az

1Mənbələr