Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Zelenski danışıqlar prosesinin bərpa olunacağına ümid edir.
“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü sosial şəbəkə hesabında bildirib ki, o, Ukrayna ilə ABŞ arasında təmasların normallaşmasından sonra Rusiya ilə üçtərəfli sülh danışıqların bərpa olunacağına ümid edir.
Zelenski Rusiya tərəfinin danışıqlardan qaçmamasının zəruriliyini vurğulayıb. "Əgər buhəftələrdə üçtərəfli danışıqlara qayıda və avropalıları cəlb edə bilsək, bu, düzgün nəticə olacaq.
Biz də öz tərəfimizdən belə uyğun addımlara hazırıq. Tərəfdaşların da hazır olacağını və rusların danışıqlardan qaçmayacağını gözləyirəm", - deyə Ukraynanın dövlət rəhbəri bildirib.
Zelenski, həmçinin Rusiyanı Belarusdan Ukraynanın şimal bölgələrinə Çerniqov-Kiyev istiqamətində əlavə hücumlar planlamaqda günahlandırıb.
"Əlbəttə ki, biz artıq bu istiqamətdə müdafiəmizi gücləndirmək üçün çalışırıq", - deyə o əlavə edib. Prezident bildirib ki, Ukrayna qabaqlayıcı tədbirlər görür. O, Minsk müharibəyə birbaşa qarışarsa, Belarusu "əhəmiyyətli" nəticələrlə bağlı xəbərdar edib.
Bununla yanaşı, Zelenski Ukraynanın Rusiyanın neft emalı zavodları, anbarlar və neft emalı ilə əlaqəli digər infrastrukturun daxil olduğunu və Ukrayna sərhədindən təxminən 800 kilometr məsafədə yerləşən Kstovoya qarşı hücum əməliyyatlarının uğurlu keçdiyini də diqqətə çatdırıb.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.