Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
UNITAC-ın əsas fəaliyyəti açıq, şəffaf və iştirakçı rəqəmsal idarəetmə alətlərinin yaradılmasıdır.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən təşkil olunan “Körfəz Əməkdaşlıq Şurası (GCC) və Ərəb Regionunda Ağıllı Şəhərlər” adlı tədbir zamanı UN-Habitat-ın Cenevrə Ofisinin və BMT-nin Şəhərlər üçün İnnovasiya və Texnologiya Sürətləndiricisinin (UNITAC) rəhbəri Aline Machado Da Matta bildirib.
Onun sözlərinə görə, bu alətlər əsasən coğrafi xəritələşdirmə, məkan analizi və məlumatların vizuallaşdırılması sahələrində tətbiq olunur.
"Biz ölkələrə, regional hökumətlərə və şəhərlərə ağıllı şəhər strategiyalarının, rəqəmsal transformasiya strategiyalarının və süni intellekt strategiyalarının hazırlanmasında dəstək veririk", - Aline Machado qeyd edib.
Onun sözlərinə görə, əsas məqsəd texnologiyanın inkişafına hazırlıq, əlçatanlıq və uyğunlaşma imkanlarını artırmaqdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.