AZ

IIED: Mənzil siyasəti yalnız statistikaya deyil, insanların real yaşayış təcrübəsinə əsaslanmalıdır

İqlim çağırışları fonunda mənzil siyasətinin hazırlanmasında yalnız məlumat bazalarının deyil, icmaların real təcrübəsi də nəzərə alınmalıdır. Bunu Camila Cocina, Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq İnstitutun (IIED) nümayəndəsi deyib.

O, WUF13 çərçivəsində keçirilən müzakirədə deyib ki, qeyri-adekvat mənzil şəraitində yaşayan insanların gündəlik seçimləri, tikinti materiallarına yatırımları, enerji təhlükəsizliyi ilə bağlı qərarları və qısamüddətli təhlükəsizliklə uzunmüddətli dayanıqlıq arasında apardıqları seçimlər siyasət üçün mühüm bilik mənbəyidir.

Cocina bildirib ki, tədqiqatçılar yalnız yeni məlumat toplamaqla kifayətlənməməli, icmalarda artıq mövcud olan bilikləri tanımalı və onları qərarvermə proseslərinə cəlb etməlidirlər.

“Əsas məsələ hansı biliklərin dəyərli hesab olunmasıdır. İqlim dəyişikliyi dövründə vacib suallar məhz şəhərlərin və ərazilərin adətən diqqətdən kənarda qalan məhəllələrində yaranır,” o qeyd edib.

Gülnar Nazimqızı

Seçilən
1
anews.az

1Mənbələr