AZ

Bosniya və Herseqovinanın keçmiş XİN naziri: Mənzil təminatı və yenidənqurmada QHT-lərlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

Bakı, 21 may, AZƏRTAC

Mənzil təminatı və yenidənqurmada çoxsaylı qeyri-hökumət təşkilatlarının iştirakı xüsusi əhəmiyyət daşıyır və minlərlə QHT ilə əməkdaşlıq vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina Rəyasət Heyətinin serbiyalı sabiq üzvü, ölkənin keçmiş xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Serbiyanın sabiq Baş naziri, xüsusilə müharibədən sonrakı ilk illərdə QHT-lərin fəal rolunu qeyd edib.

O, eyni zamanda Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa İnvestisiya Bankının ölkənin yenidən qurulması və qaçqınlar üçün mənzil təminatının həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.

Müxbir - Aynur Əlixanlı
Fotoqraf - İlkin Cavanşirov
Seçilən
37
azertag.az

1Mənbələr