ABŞ-də dövriyyədə olan nadir qəpik kolleksiyaçıların diqqət mərkəzinə çevrilib.
Musavat.com xəbər verir ki, mütəxəssislərinə görə, bəzi səhv basılmış və ya nadir istehsal edilmiş qəpiklər minlərlə dollara satılır.
Xəbərə görə, xüsusilə 1970-ci illərə aid bəzi sentlər kolleksiya bazarında böyük maraq görür. Bu qəpiklərin dəyər qazanmasının əsas səbəbi istehsal səhvləri və çox az sayda mövcud olmalarıdır.
Mütəxəssislər vətəndaşlara köhnə qəpikləri xərcləməzdən əvvəl diqqətlə yoxlamağı tövsiyə edir. Çünki adi görünən bəzi qəpiklər hərraclarda yüksək qiymətə alıcı tapa bilir.
Xüsusilə 1970-S seriyalı bəzi sentlərin üzərindəki çap fərqlərinin onları olduqca dəyərli etdiyi qeyd olunur. Belə qəpiklərin bəziləri minlərlə dollara satılıb.
Kolleksiya bazarında nadir qəpiklərə marağın son illərdə sürətlə artdığı bildirilir. Ekspertlər hesab edir ki, düzgün qorunmuş və nadir xüsusiyyətlərə malik qəpiklər gələcəkdə daha da bahalaşa bilər.
Musavat.com