AZ

Bəlkə də İsraildə baş nazirliyə namizəd olaram - Tramp

ABŞ Prezidenti Donald Trump İranla bağlı gündəmi şərh edərkən maraqlı açıqlama verib.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, Tramp, İsraildə ona dəstəyin çox yüksək olduğunu iddia edərək, "hazırda İsraildə reytinqim 99 faizdir. Bəlkə də baş nazirliyə namizəd olaram" deyib.

Associated Press və NORC Araşdırma Mərkəzinin 14-18 may tarixlərində keçirdiyi sorğuya əsasən, Trampın ABŞ-də ümumi dəstək reytinqi 37 faiz təşkil edib.

Sorğu həmçinin demokrat seçicilərin böyük əksəriyyətinin onun prezidentlik fəaliyyətini dəstəkləmədiyini göstərib.

Seçilən
12
day.az

1Mənbələr