AZ

ADMİU nəzdində Humanitar Kolleclə Özbəkistanın nüfuzlu ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

18–20 may 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Musiqi təhsili: Qlobal miqyasda vahid məkana doğru” mövzusunda nüfuzlu beynəlxalq forum və onun çərçivəsində “Mədəniyyət təhsilində süni intellektin əhəmiyyəti” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Forum çərçivəsində ADMİU nəzdində Humanitar Kollec üçün mühüm beynəlxalq əməkdaşlıq addımı atılıb.

Belə ki, Humanitar Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralovanın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu ilə ADMİU nəzdində Humanitar Kollec arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum müəllim və tələbələrin beynəlxalq təcrübə mübadiləsi, birgə elmi-metodik layihələrin həyata keçirilməsi, ustad dərsləri, konsert və festivalların təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Forum çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransda Nərmin Qaralova “Milli kimliyin qorunub saxlanılması və mədəniyyətlərarası inteqrasiyanın inkişafı faktoru kimi musiqi təhsili” mövzusunda məruzə ilə çıxış edib. Məruzə forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və forumun elmi toplusunda da nəşr olunub.

Beynəlxalq forumda fəal elmi iştirakına və akademik əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Nərmin Qaralova Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu tərəfindən xüsusi sertifikatlarla təltif olunub. Həmçinin ona musiqi təhsilinin inkişafı, innovativ metodların təşviqi və müasir elmi-mədəni dialoqa verdiyi töhfələrə görə Özbəkistan Respublikasının Mədəniyyət Naziri Ozodbek Nazarbekov tərəfindən imzalanmış beynəlxalq sertifikat təqdim edilib.

Seçilən
20
1
editor.az

2Mənbələr