Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistanın Avrasiya İqtisadi Birliyindəki (AİB) statusu mayın 29-da Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında müzakirə olunacaq.
Modern.az xəbər verir ki, bunu Rusiyanın Baş nazir müavini Aleksey Overçuk bildirib.
O qeyd edib ki, Ermənistanın məsələ ilə bağlı mövqeyini daha tez müəyyənləşdirməsi həm AİB üzrə müttəfiqlərinə, həm də Ermənistanın özünə qarşı daha dürüst yanaşma olar.
“Bu qeyri-müəyyənlik iqtisadi operatorları gözləmə mövqeyi tutmağa vadar edir və uzunmüddətli iqtisadi münasibətlərin qurulmasına mane olur. Amma vurğulayıram ki, biz Ermənistanın AİB-də qalmasını istəyirik. Seçim isə Ermənistan xalqınındır”, – deyə Overçuk bildirib.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan qarşıdan gələn seçkilər səbəbilə Avrasiya İqtisadi Birliyinin iclasına qatıla bilməyəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.