AZ

Rusiya ABŞ-nin Raul Kastroya qarşı ittihamlarını pislədi

Rusiya Kubanın daxili işlərinə müdaxilə cəhdlərini pisləyir və Kuba xalqına fəal dəstəyini davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində ABŞ-nin Kuba inqilabının lideri Raul Kastroya qarşı irəli sürdüyü ittihamları şərh edib.

Zaxarova bildirib ki, Rusiya Kuba ilə tam həmrəyliyini bir daha təsdiqləyir və suveren dövlətin daxili işlərinə kobud müdaxiləni, hədə-qorxu, qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirləri, təhdid və şantajı qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, Rusiya bu çətin dövrdə Kuba xalqına ən fəal dəstəyi göstərməyə davam edəcək.

Qeyd edək ki, mayın 20-də ABŞ Ədliyyə Nazirliyi Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə “Hermanos en Rescate” humanitar təşkilatına məxsus iki Amerika təyyarəsinin vurulması ilə bağlı ABŞ vətəndaşlarının qətli və sui-qəsd ittihamları irəli sürüb.

Kuba prezidenti Migel Dias-Kanel isə ABŞ-nin ittihamlarını əsassız adlandıraraq hadisəni siyasi akt kimi qiymətləndirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
5
redaktor.az

1Mənbələr