AZ

Latviya hava məkanına yenidən Ukrayna dronu daxil olub

Latviya hava məkanına Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus yeni pilotsuz uçuş aparatı (PUA) daxil olub.

Qaziler.az xəbər verir ki, bu barədə "Life" nəşri "SHOT" teleqram kanalına istinadən məlumat yayıb.

Kanalın xəbərinə görə, söhbət "FP-1" tipli drondan gedir. Hadisə ilə əlaqədar NATO qırıcıları havaya qaldırılıb.

"Bu gün səhər saatlarında Ludza, Kraslava, Auqşdauqava və Rezekne diyarlarında pilotsuz uçuş aparatı təhlükəsi elan edilib. Sonuncu regionun ərazisində dron Maltsa volostu üzərindən uçarkən kameraya düşüb", — deyə nəşrdə qeyd olunub.

Yerli sakinlərə sığınacaqlara enmək tövsiyə olunub.

Bundan əlavə, sözügedən regionlarda qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr