AZ

Elektrikli avtomobillər ucuzlaşır – batareya qiymətlərində kəskin eniş

Qlobal avtomobil sənayesində elektrikli nəqliyyat vasitələrinin (EV) geniş yayılması istiqamətində mühüm irəliləyiş qeydə alınıb. Son illərdə litium-ion batareyalarının qiymətində kəskin azalma bu texnologiyanın daha əlçatan olmasına şərait yaradıb.

Məlumatlara əsasən, 2010-cu ildə orta hesabla 1 kilovat-saat üçün 550 ABŞ dolları olan litium-ion batareya qiyməti 2025-ci ildə 78 dollara qədər enib. Bu isə təxminən 86 faizlik azalma deməkdir.

Analitiklər bildirirlər ki, qiymətlərin qısa müddətdə artdığı 2022-ci il istisna olmaqla, uzunmüddətli eniş tendensiyası yenidən güclənib. Bu azalma əsasən texnoloji inkişaf, istehsal miqyasının genişlənməsi və qlobal rəqabətin artması ilə izah olunur.

Xüsusilə Çin başda olmaqla bir sıra ölkələrdə istehsal gücünün sürətli artımı və batareya kimyasında aparılan yeniliklər qiymətlərin aşağı düşməsində əsas rol oynayıb.

Mütəxəssislərin fikrincə, litium-ion batareyalarının 1 kVt-saat üçün 100 dollar həddindən aşağı düşməsi mühüm dönüş nöqtəsi hesab olunur. Bu səviyyədə elektrik avtomobillərinin daxili yanma mühərrikli avtomobillərlə dövlət subsidiyası olmadan da qiymət baxımından rəqabət aparması mümkün olur.

Analitiklər hesab edirlər ki, batareya qiymətlərinin azalması elektrik avtomobillərinin kütləvi bazara çıxışını sürətləndirir və yaxın illərdə bu nəqliyyat vasitələrinin payının daha da artmasına şərait yaradır.

Seçilən
15
news365.az

1Mənbələr