AZ

Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi namizədləri siyahısındadır


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yenidən “Beşiktaş”ın baş məşqçiliyinə namizədləri siyahısına daxil olub.
Yeniavaz.com
“A spor” telekanalına istinadla xəbər verir ki, bu barədə idman şərhçisi Kartal Yiğit məlumat verib.
Onun sözlərinə görə, Qurban Qurbanov son anda “Beşiktaş”ın baş məşqçiliyinə namizədlər siyahısına daxil edilib.  
Qurban Qurbanovla yanaşı, siyahıda Dino Topmoller, Roberto Mançini, Nuri Şahin, Arda Turan, İlhan Polat və Razvan Luçeskunun da adı var.
Qeyd edək ki, “Beşiktaş” yaxın günlərdə Sergen Yalçınla yollarını ayırıb.
Seçilən
6
1
yeniavaz.com

2Mənbələr