AZ

ABŞ Karib dənizinə aviadaşıyıcı qrupu göndərib

ABŞ

ABŞ Karib dənizinə aviadaşıyıcı qrupu göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Cənub Komandanlığı məlumat yayıb.

"Karib regionuna xoş gəldiniz, "Nimitz" aviadaşıyıcı qrupu! "USS Nimitz" aviadaşıyıcısı, onun üzərində yerləşən "Carrier Air Wing 17" aviaqanadı, "USS Gridley" esminesi və "USNS Patuxent" tankeri döyüş hazırlığı və mövcudluğun, misilsiz fəaliyyət radiusu və zərbə gücünün, həmçinin strateji üstünlüyün təcəssümüdür. "USS Nimitz" Tayvan boğazından tutmuş Fars körfəzinə qədər bütün dünyada sabitliyi təmin edərək və demokratiyanı qoruyaraq öz döyüş effektivliyini sübut edib", — deyə "X" sosial şəbəkəsindəki məlumatda bildirilir.

Məryəm Quliyeva

Seçilən
29
1
xalqcebhesi.az

2Mənbələr