AZ

Şəhərləşmə ilə bağlı düşüncə tərzi dəyişməlidi

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhərləşmə ilə bağlı araşdırmaların düşüncə tərzini dəyişməsi vacibdir.

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və Tədqiqat Dəyirmi Masası” adlı dəyirmi masada Namibiya Elm və Texnologiya Universitetinin nümayəndəsi Uchendu Eugene Chigbu bildirib. 

“Nümunə olaraq, dünyaya torpaq idarəçiliyi prizmasından baxılır. Kimsə deyə bilər ki, bu, əslində bizim dünyamız deyil. Əgər Afrikada əhalinin 60 faizi bir neçə şəhərdə yaşamağa qərar verirsə, halbuki qitədə torpaqların 80 faizi kənd əraziləridir, o zaman yenə də bunu yalnız əhali baxımından dəyərləndirmək doğru olmaz”.

Onun fikrincə, məsələ yalnız əhali perspektivindən müəyyənləşdirilir. Artıq elə bir yanaşma formalaşıb ki, əhali planlaşdırıcıları və urbanizasiya üzrə tədqiqatçılar başqa baxışlara və sahələrə yer vermirlər. Buna görə də düşüncə tərzinin genişləndirilməsinə ehtiyac var. Gələcək üçün yeni tədqiqat yanaşmaları hazırlanmalıdır və bu, olduqca vacibdir.

Nümayəndə həmçinin vurğulayıb ki, digər mühüm məsələ isə araşdırmaların daha çoxşaxəli yanaşma əsasında qurulmasıdır. 

“Dünən şəhərlərdən gələn səslərə həsr olunmuş sessiyada maraqlı bir fikir eşitdim. Bildirildi ki, ciddi müqaviməti nəzərə almadan heç nəyi sistemə daxil etmək mümkün deyil. İnsanların gündəlik həyat təcrübələrini, onların qarşıdakı və mövcud problemlərlə necə mübarizə apardıqlarını anlamaq üçün araşdırmalar birgə dizayn edilməlidir.

Birgə dizayn çox vacibdir. Çünki insanlar necə yaşayır, necə tikir, necə hərəkət edir və sürətli urbanizasiya, torpaq təzyiqi şəraitində necə ayaqda qalır - bunları yalnız bu yolla anlamaq mümkündür”.

O həmçinin qeyd edib ki, yeni tədqiqat yanaşmaları və daha çoxşaxəli perspektiv olmadan yalnız şəhərlərə fokuslanmaq düzgün deyil. 

“Dünyada insanların yarıdan çoxu artıq şəhərlərdə yaşayır və ya 2050-ci ilə qədər şəhərlərdə yaşayacaq. Amma bu o demək deyil ki, bütün hazırlıqlar yalnız şəhərlər üçün aparılmalıdır.

Əslində kənd əraziləri də bu prosesə hazırlanmalıdır ki, qarşıdakı böyük miqrasiya dalğası düzgün idarə olunsun. Təəssüf ki, tədqiqatçılar bu məsələdə yetərincə proaktiv davranmayıblar. Nəticədə problemlərə parçalanmış şəkildə yanaşırıq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
modern.az

1Mənbələr