AZ

“Uşaqpulu tənbəllik yarada bilər” – Deputat

“Bu gün ailələrə sosial müavinət verilir. Hesab edin ki, həmin uşaqpulu artıq sosial müavinət adı altında təqdim olunur. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də yoxdur. Müəyyən mənada müzakirələr aparılır, amma onun real tətbiqi, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişində bildirib.

Deputatın fikrincə, ailələr uşaq dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır:

"Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, müəyyən mənfi tendensiyalara yol aça bilər.

Seçilən
14
15
publika.az

5Mənbələr