AZ

Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”

“Rasim Balayevin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı mədəniyyət naziri Adil Kərimli ilə xeyli müzakirə aparmışıq. Hələlik bu haqda dəqiq məlumat yoxdur. Düşünürlər ki, yaxşı abidə olsun, işi də görkəmli heykəltaraşlardan birinə tapşırsınlar. Hazırlanacaq abidə standartlardan kənar olacaq”.
 
Moderator.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
 
O, qəbirüstü abidənin hazırlanması ilə bağlı danışıqların aparıldığını bildirib: 
 
“Heç kim istəməz ki, Azərbaycan milli kinosunun əsas simalarından biri olan Rasim Balayevə sıradan bir abidə qoyulsun. Abidənin hazırlanmasını heykəltaraş Natiq Əliyevə tapşırsalar yaxşı olar. O, Musa Yaqubun və Aygün Bəylərin qəbirüstü abidələrini çox gözəl hazırlayıb. Ona görə istəyirəm ki, bu iş də ona tapşırılsın”.
 
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
 
Seçilən
5
3
moderator.az

4Mənbələr