AZ

Arvadım mənə səsini ucaltdı deyə döydüm

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də rayonun Kürdəxanı qəsəbəsində baş verib. Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Tamerlan həmin gün saat 18:30-da yaşadıqları evin qonaq otağında arvadı Rəqsanə (adlar şərtidir – red.) ilə mübahisə edib. Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə arvadının sifətindən və qolundan vurub, ona xəsarətlər yetirib. İş üzrə ifadə verən Tamerlan bildirib ki, 2013-cü ildə Rəqsanə ilə rəsmi nikaha daxil olub:“Həmin nikahdan iki övladımız dünyaya gəldi. Ailə həyatı qurduqdan sonra münasibətlərimiz normal olub. 2018-ci ildə törətdiyim əmələ görə məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildim. Cəzanı çəkdiyim müddətdə Rəqsanə məhkəmə qaydasında məndən boşandı. Lakin cəzamı tam çəkib azadlığa çıxdıqdan sonra yenidən birlikdə yaşadıq”. Təqsirləndirilən şəxs deyib ki, bu ilin yanvarın 8-də yaşadığı evin qonaq otağında olduğu zaman Rəqsanə ilə arasında mübahisə yaranıb:“Mübahisə zamanı qarşı tərəfin yüksək səslə danışması səbəbindən əsəbləşərək əl ilə onun sifətinə və qol nahiyəsinə zərbələr endirdim, nəticədə ona xəsarət yetirdim. Daha sonra yaşayış yerini tərk etdim”.İş üzrə zərərçəkmiş Rəqsanənin sözlərinə görə, Tamerlan ilə ailə həyatı qurduqdan sonra onların arasında münasibətlər normal olmayıb:"Tamerlan mütəmadi olaraq spirtli içki qəbul edib və ailə daxilində mübahisələr yaradıb. O, 2018-ci il tarixdə qonşuluqda yaşayan Mənsur adlı şəxsə daş atmaqla xəsarət yetirdiyinə görə məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edildi. Cəzasını çəkdiyi müddətdə, 2021-ci ilin fevral ayında məhkəmənin qərarı ilə ondan rəsmi qaydada boşandım. Lakin Tamerlan cəzasını çəkərək azadlığa çıxdıqdan sonra uşaqlarının xatirinə qeyri-rəsmi olaraq birgə yaşamağa başladıq. Buna baxmayaraq, Tamerlan sonradan da ailə daxilində mütəmadi olaraq mübahisələr yaratdı”. Zərərçəkmiş deyib ki, bu ilin yanvarın 8-də yaşadıqları evdə olduqları zaman heç bir əsaslı səbəb olmadan Tamerlan onun ünvanına nalayiq ifadələr işlədib: “Tamerlana cavab verdikdən sonra üzərimə hücum etdi, baş və qol nahiyələrimdən bir neçə dəfə zərbə vurdu. Nəticədə xəsarət aldım. Hadisə ilə əlaqədar “102” xidmətinə məlumat verdim. Hadisə zamanı yaşayış yerində bizdən başqa azyaşlı övladlarımız da olub”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tamerlan aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 1il müddətə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr