AZ

Milyarder motosiklet qəzasında ÖLDÜ

Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətində motosikletlə qəzaya düşərək həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, “Triumph Bonneville” markalı motosikleti idarə edən Smirnov nəqliyyat vasitəsinə nəzarəti itirib və qarşı zolağa çıxaraq “Haval” markalı avtomobillə toqquşub. O, hadisə yerində ölüb.

Məlumata görə, Mixail Smirnovun sərvəti 7,79 milyard rubl olub. O, “Neva Oil” və “Baltik Yanacaq Şirkəti”nin (BTK) ortaq sahiblərindən biri kimi tanınıb.

Seçilən
1
publika.az

1Mənbələr