AZ

Rektor: “Bir sahə üzrə ixtisaslaşma müasir şəhərlərin qarşısında duran mürəkkəb problemlərin həlli üçün kifayət etmir”

BAKI, 21 may. TELEQRAF

“Azərbaycanda memarlıq, şəhərsalma, inşaat və digər sahələr üzrə mütəxəssis hazırlığına təxminən 106 il əvvəl başlanılıb və bu müddət ərzində kifayət qədər təcrübə formalaşıb”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova WUF13 çərçivəsində keçirilən “Təhsil və Peşəkar Təlim” adlı dəyirmi masada deyib.

Rektorun sözlərinə görə, bu günün əsas tələbi praktikada çalışan mütəxəssislərin daha geniş bilik spektrinə malik olmasıdır:

Çünki yalnız bir sahə üzrə ixtisaslaşma müasir şəhərlərin qarşısında duran mürəkkəb problemlərin həlli üçün kifayət etmir.
Bu sahədə təkcə nəzəri biliklər də yetərli deyil və tədrisdə daha çox praktiki və hədəf yönümlü yanaşmaya ehtiyac var. Bu məqsədlə universitetlər magistratura proqramlarına xüsusi önəm verir”.

Onun sözlərinə görə, ali təhsil müəssisəsində interdisiplinar yanaşmaya əsaslanan, müxtəlif sahələri birləşdirən və daha geniş bilik verən magistr proqramları həyata keçirilir:

“Son 5–6 ildə “Dayanıqlı şəhərlərin inkişafı” və “Ağıllı şəhər konsepsiyaları” kimi proqramlar açılıb. İşləyən mütəxəssislərin biliklərinin artırılması da vacibdir və bu məqsədlə universitetlər qısa və uzunmüddətli əlavə təhsil proqramları vasitəsilə müasir dövrün tələblərinə uyğun biliklərin verilməsində mühüm rol oynaya bilər”.

Seçilən
3
teleqraf.com

1Mənbələr