AZ

Ukrayna əhalisinin yarısından çoxunu itirib

"Ukrayna artıq əhalisinin yarısından çoxunu itirib".

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

Medvedev xatırladıb ki, 1991-ci ildə Ukrayna əhalisi 51,5 milyon nəfərdən çox idi.

"Ukrayna artıq əhalisinin yarısından çoxunu itirib... Bu gün ən optimist hesablamalara görə, Kiyevin nəzarətində olan ərazilərdə 23 milyondan az insan qalıb", - deyə o, bildirib. 

O əlavə edib ki, bəzi analitiklər daha da aşağı rəqəmi - 18 milyon nəfəri göstərirlər.

"Tarixən qısa bir müddət ərzində əhali yarıdan çox azalıb - bu, sadəcə bir böhran deyil, millətin bioloji ölümünün sübutudur", - deyə o vurğulayıb.

Gülayə Mecid 

Seçilən
3
2
unikal.az

3Mənbələr