Bakı, 21 may, AZƏRTAC
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində məşhur aktyor Riçard Girin təsis etdiyi “Gere Foundation” tərəfindən hazırlanmış “What No One Wants to See: Homelessness, a Cause We Must Make Visible” filmi nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, filmin nümayişi WUF13 çərçivəsində evsizlik problemi və əlçatan mənzil məsələlərinə diqqətin artırılması məqsədilə təşkil olunub.