AZ

Ekspert: "Gələcəyin şəhərləri psixoloji prinsiplərlə layihələndirilməlidir"

Gələcəyin şəhərləri psixoloji prinsiplərlə layihələndirilməlidir.

"Far.Az" xəbər verir ki, bunu memar, Şəhər mühiti üzrə tədqiqatçı və planlaşdırıcı, "Cazibə Memarlığı" metodologiyasının müəllifi Nani Jqenti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.

"Biz bu prinsiplərdən istifadə etməliyik, çünki insanlar şəhərləri baş planlar və yaxud mühəndislik sistemləri kimi qəbul etmir, emosional şəkildə, şəxsi təcrübələri vasitəsilə hiss edir. Məhz buna görə düşünürəm ki, bu psixoloji prinsiplər memarlıq və şəhərsalma dilinə tərcümə olunmalıdır. Hətta gələcəyin şəhərlərinin layihələndirilməsi üçün praktik rəhbər qaydalar hazırlanmalıdır. Son 20 il ərzində şəhərsalmaya yanaşma dəyişib.

Bununla bağlı Geştalt psixologiyasının qurucularından biri olan Maks Verthaymeri xatırlatmaq istərdim. Maraqlıdır ki, o, bu ideyaları hələ XX əsrin əvvəllərində irəli sürürdü. Verthaymer izah edirdi ki, insanlar ətraf mühiti ayrı-ayrı obyektlər kimi deyil, bütöv bir mənzərə kimi qəbul edirlər. Bu baxımdan, şəhərsalma və urbanizm haqqında danışarkən binaları, küçələri və ya yaşıllıq sahələrini ayrıca elementlər kimi görmürük. Biz onları ümumi şəhər mənzərəsinin və şəhər təcrübəsinin ayrılmaz hissəsi kimi qəbul edir və hiss edirik. Bu ideyalar bu gün xüsusilə актуaldır. Çünki şəhərlər artıq həddindən artıq yüklənib. İnsan beyni gündəlik problemlərin və şəhər stresinin təsiri altında böyük enerji sərf edir", - deyə o qeyd edib.

Seçilən
22
far.az

1Mənbələr