AZ

İndoneziyada Semeru vulkanı dörd dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanında azı dörd yeni püskürmə baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzinin bəyanatında deyilir.

Qurumun məlumatına görə, külün hündürlüyü vulkan kraterindən 900 metr, dəniz səviyyəsindən isə 4 576 metr hündürlüyə çatıb. Püskürmə qərb istiqamətində yayılan sıx boz rəngli kül tullantıları ilə müşayiət olunub.

Semerunun daha üç püskürməsi nəticəsində isə kül 4,2 km-dən 4,4 km hündürlüyə qədər qalxıb.

Vulkanologiya mərkəzi, yaxınlıqdakı ərazilərin sakinlərinə və turistlərə kraterdən 5 kilometr radiusda yaxınlaşmağı qadağan edib. Təcili yardım xidmətləri yaxınlıqdakı çaylar boyunca lava axınları, isti buludlar və palçıq axınları riski barədə xəbərdarlıq edib.

Semeru — İndoneziyada hündürlüyünə görə dördüncü vulkandır (dəniz səviyyəsindən 3 676 metr) və Yava adasının ən yüksək zirvəsidir.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr