AZ

“Togg” elektromobili “ağıllı şassi” üzərində istehsal ediləcək

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin “Togg” elektromobilləri Çinin CATL şirkətinin hazırladığı şassi üzərində yığılacaq. 

Avtosfer.az xəbər verir ki, faktı CATL təsdiqləyib. Dünya elektromobil sənayesində istifadə edilən batareyaların 50 faizini istehsal edən şirkət ilk dəfə hansısa xarici istehsalçıya “ağıllı şassi” satır. Bəs “ağıllı şassi” modeli nədir?

Sadə dildə desək, Çinli istehsalçı “hamar şassini” müştəriyə təqdim edir. Burada mühərrik, asqı, tormoz və sükan mexanizmi daxildir. Müştəri bu şassiyə öz kuzovunu və interyerini “geyindirərək” hazır avtomobil kimi satışa çıxarır. Dizayn, marka fərqli olsa da, ümumi sistem unifikasiya olunur. Bu da gələcəkdə təmir işlərini asanlaşdırır – eyni detal bir çox modelə uyğun gəlir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
avtosfer.az

1Mənbələr