AZ

"Azərbaycanın şəhərsalma təcrübəsini öyrənəcəyik" -

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu -WUF13 çərçivəsində iştirak edən Liviya Tikinti Nazirliyinin Liviya üzrə əlaqələndirici müşaviri Fatih Karas Azərbaycan haqqında müsbət fikirlərini bölüşüb.Mətbuat.az-a açıqlamasında Fatih Karas qeyd edib ki, tədbir yüksək səviyyədə təşkil olunub və göstərilən qonaqpərvərliyə görə təşəkkür edir: “Bu, həqiqətən çox möhtəşəm tədbirdir. Burada bizi çox yaxşı qarşıladılar. Müxtəlif insanlarla tanış olmaq, onların təcrübələrini öyrənmək və yerli insanlarla ünsiyyətdə olmaq çox xoşdur.Fatih Karas Azərbaycanın qısa müddətdə əldə etdiyi inkişafın onları təsirləndirdiyini vurğulayıb: “Biz burada cəmi üç gündür gəlmişik, amma ölkəniz çox gözəldir. Açığı, gördüklərimiz bizi çox təəccübləndirdi. Qısa müddətdə əldə etdikləriniz bizi heyran etdi. Ümid edirik ki, sizin təcrübənizdən öyrənəcəyik və gələcəkdə əməkdaşlıq edəcəyik”.O qeyd edib ki, bu, onun Azərbaycana ilk səfəridir: “Burada çoxlu müxtəlif yeməklərin dadına baxmışıq və hamısı çox xoşumuza gəldi. Bəli, Azərbaycana ilk dəfədir gəlirəm və ümid edirəm ki, yenidən gələcəyəm”.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
26
metbuat.az

1Mənbələr