AZ

Zaniolo A Seriyasında qalacaq

Müqavilə ilə "Qalatasaray"a məxsus olan və icarə əsasında "Udineze"də çıxış edən Nikolo Zaniolonun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi hücumameyilli yarımmüdafiəçini birdəfəlik transfer edəcək.

Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Mənbənin iddiasına görə, komanda 26 yaşlı oyunçunun müqaviləsində yer alan 10 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm "Udineze" forması ilə çıxış etdiyi 34 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar ZƏDƏLƏNİB

“Trabzonspor”dan Muçi qərarı - REKORD TRANSFER

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO

DÇ-2026: Misirin heyəti bəlli oldu - Salah, Marmuş...

30 illik həsrətə son: Bu dəfə Avropadan kubok

Seçilən
30
1
apasport.az

2Mənbələr