AZ

Ermənistanda azərbaycanlılara qadağalar qoymaq istəyirlər

“Güclü Ermənistan” blokunun lideri, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan hakimiyyətə gələcəyi təqirdə, azərbaycanlılara qadağalar qoyacaq qanunlar qəbul edəcəyini deyib.

Publika.az xəbər verir ki, Karapetyan 300 min azərbaycanlının Ermənistana qayıtmasını “təhlükə” hesab edir.

Söhbət öz yurdundan deportasiya edilmiş Qərbi azərbaycanlılardan gedir. Soydaşlarımızın evlərinə qayıdışı Azərbaycan-Ermənistan sülh prosesinin tərkib hissəsidir və gələcəkdə qayıdış məsələsi dinc şəkildə baş tuta bilər. Karapetyanın təmsil olunduğu revanşistlər isə buna qarşı çıxırlar.

O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak və torpaq sahəsi almaq istədiklərini iddia edir. Hərçənd, bu qeyri-realdır. Azərbaycanlılar Ermənistanda hansısa daşınaz əmlak almaq yox, qovulduqları evlərinə qayıtmaq istəyirlər. Karapetyan isə belə iddia ilə seçki prosesində hakimiyyətə qarşı mənfi rəy yaratmağa çalışır.

Seçilən
44
2
publika.az

3Mənbələr