AZ

Nazir müavini: Şəhərlər sağlam və əlçatan olmalıdır

Bakı, 21 may, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda biz sadəcə əraziləri bərpa etmirik və bərps işləri dedikdə yalnız yolların və binaların tikintisini nəzərdə tutmuruq. Bərpa edirik dedikdə bina və evlərlə yanaşı etimadın, imkanların və gündəlik həyatın yenidən qurulmasını nəzərdə tuturuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və Vətəndaş Cəmiyyətinin rolu” mövzusundakı sessiyada gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.

“Biz mobilliyə, ekoloji yanaşmaya və seçim azadlığına üstünlük veririk. Lakin bu potensialın reallaşması üçün dövlət idarəçiliyində dəyişikliklərə ehtiyac var. Kənd ərazilərində məişət və infrastruktur boşluqlarını tam aradan qaldırmaqla biz təbiətlə harmoniyada yaşamağın üstünlüklərini qoruyub saxlaya bilərik. Bəs bu konsepsiyanı reallığa kim çevirəcək? Gələcəyin bu şəbəkə əsaslı, çevik eko-yaşayış məntəqələrinin memarları kim olacaq? Məhz bu məqamda gənc liderlər və vətəndaş cəmiyyəti ön plana çıxır. Bu gün Azərbaycan post-münaqişə ərazilərində 9 yeni “ağıllı şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir və inanır ki, hər bir icma yalnız bərpa olunmaq deyil, həm də inkişaf etmək imkanına malik olmalıdır. Biz yaşıl enerji, rəqəmsal innovasiya və insan mərkəzli şəhər planlaşdırması vasitəsilə insanların necə yaşaya, işləyə, oxuya və inkişaf edə biləcəyini yenidən düşünürük. Bu gün bu bərpa olunmuş ərazilərdə təxminən 85 min insan yaşayır, işləyir və təhsil alır”-deyə nazir müavini vurğulayıb.

Seçilən
27
2
azertag.az

3Mənbələr