AZ

Ermənistan İctimai Televiziyasına HÜCUM OLDU

Ermənistan İctimai Televiziyasının (OTA) efir və rəqəmsal infrastrukturu son günlər genişmiqyaslı kiberhücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

OTA-nın yaydığı açıqlamada bildirilir ki, hücumun əsas məqsədi Avropa Siyasi Birliyinin tədbirlərinin yayımına müdaxilə etmək olub.

Bundan sonra isə Ermənistan İctimai Televiziyasının kanallarının normal yayımını pozmağa cəhdlər edilib.

Məlumata görə, mütəxəssislərin operativ və texniki tədbirləri nəticəsində mümkün nasazlıqların qarşısı alınıb və kiberhücum cəhdləri yayım prosesinə ciddi təsir göstərə bilməyib.

Hadisə ilə bağlı araşdırmalara hüquq-mühafizə orqanları cəlb olunub.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr