AZ

ADB: Ənənəvi maliyyələşmə modelləri ada dövlətlərində işləmir

“Ənənəvi maliyyələşmə modelləri ada dövlətlərində işləmir”.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Cinmin Huanq deyib.

O bildirib ki, kiçik ada dövlətlərində bazarların kiçik olması, tikinti xərclərinin yüksəkliyi, məhdud büdcə imkanları və təkrarlanan təbii fəlakətlər ənənəvi maliyyələşmə mexanizmlərinin effektivliyini azaldır.

Cinmin Huanq qeyd edib ki, bu ölkələrdə güzəştli kreditlər, qrantlar, texniki yardım və qarışıq maliyyələşmə alətləri birlikdə tətbiq edilməlidir.

Onun sözlərinə görə, mənzil məsələsinə yalnız tikinti layihəsi kimi deyil, torpaq idarəçiliyi, infrastruktur və iqlim risklərini əhatə edən bütöv bir sistem kimi yanaşmaq lazımdır.

ADB rəsmisi vurğulayıb ki, kiçik ada dövlətlərinin problemlərinin həlli üçün beynəlxalq tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır və bir çox layihələr müxtəlif maliyyə institutlarının birgə dəstəyi ilə həyata keçirilir.

O əlavə edib ki, turizm, mənzil və şəhər xidmətləri ayrı-ayrılıqda deyil, vahid inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

Seçilən
54
3
apa.az

4Mənbələr