AZ

Türkiyə XİN: Qlobal Sumud Donanmasının iştirakçıları Türkiyəyə gətiriləcəklər

İstanbul, 21 may, AZƏRTAC

İsrail qüvvələri tərəfindən saxlanılan Qlobal Sumud Donanmasının iştirakçıları Türkiyəyə gətiriləcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Məlumata əsasən, bu məqsədlə bu gün İsrailin Ramon hava limanına üç təyyarə reysi təşkil olunur. Təyyarələrin ümumi sərnişin tutumu 400 nəfərdən çoxdur. Təxliyə olunmaq istəyən donanma iştirakçılarının hamısının Türkiyəyə gətirilməsi mümkün olacaq. Xüsusi səfərləri icra edəcək bu təyyarələrin bu gün axşam saatlarında İstanbul hava limanına enməsi planlaşdırılır.

Qeyd edək ki, İstanbula gətiriləcək fəallar arasında Türkiyə ilə yanaşı, digər ölkə vətəndaşları da var.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
18
2
azertag.az

3Mənbələr