AZ

“Varlı uşaqlar ölmür” – Milyonçu oğlu kütləvi QƏZA TÖRƏTDİ – FOTO

Milyonçunun sərxoş oğlu Nijni Novqorodun mərkəzində böyük bir qəza törədib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərinin mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Luidor” Şirkətlər Qrupunun baş direktoru olmuş Sergey  Kornilovun oğlu Sergey Kornilov sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz SL” markalı kabrioletlə qəza törədib.

Sürücü idarəetməni itirərək iki digər avtomobilə çırpılıb. Qəza nəticəsində bahalı avtomobilin təkərləri qopub.

Qəzadan əvvəl o, sosial şəbəkədə restorandan videolar paylaşaraq içki içdiyini nümayiş etdirib, izləyicilərini təhqir edib və “varlı uşaqlar ölmür, bizə heç nə olmaz, yenisini alarıq” kimi ifadələr işlədib.

Qeyd edək ki, bu dəbdəbəli həyat tərzini ona atası, Luidor Qrupunun baş direktoru Sergey Kornilov təmin edib.

Şirkət ixtisaslaşmış avadanlıqlar, metal məmulatları istehsal edir, avtomobillərin satışı və servis xidməti ilə məşğul olur.

Sergey Kornilov 2024-cü ilin avqust ayında vəfat edib.

Ötən ilin mart ayından bəri oğlu da avtomobil biznesinə başlayıb və atasının altı hüquqi şəxsinin təsisçisi kimi qeydiyyatdan keçib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən qəza ilə bağlı araşdırmalar aparılır, sürücünün barəsində müvafiq tədbirlər görülür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr