Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-nin Yeni-Meksiko ştatında faciəli hadisə baş verib.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, bir evdə 4 nəfər huşsuz vəziyyətdə tapılıb. İlkin məlumatlara görə, hadisə naməlum maddənin həddindən artıq təsiri ilə bağlıdır.
Onlardan 3-ü hadisə yerində həyatını itirib. 1 nəfər isə xəstəxanada müalicə alır.
Hadisə yerinə gələn 18 ilkin yardım işçisi də zəhərlənib. Onlarda ürəkbulanma və başgicəllənmə müşahidə edilib.
Bütün işçilər xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfərin vəziyyəti ağırdır. Bütün heyət karantinə alınıb.
Hazırda mütəxəssislər maddənin nə olduğunu araşdırırlar.
Bahar Babaşova, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.