AZ

Rusiya vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı

Dnestryanı bölgədə yaşayan rusiyalılara qarşı istənilən təcavüz dərhal cavabını alacaq”​. 

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. 

O, ölkəsinin həmin şəxslərin müdafiəsi üçün bütün mövcud imkanlardan istifadə etməyə hazır olduğunu söyləyib.

XİN rəsmisi həmçinin Rusiya vətəndaşlarını Moldovaya səfər etməkdən çəkinməyə çağırıb. 

“Respublikaya daxil olan Rusiya pasportu sahiblərinə qarşı ayrı-seçkilik var. Vətəndaşlarımız saatlarla davam edən yoxlama prosedurlarına və sorğu-suallara məruz qalırlar. Həbs halları, onlara qarşı cinayət işlərinin açılması halları var. Kişineuda Rusiya səfirliyinin diplomatlarına konsulluq yardımı göstərilməsindən imtina edilir”, - diplomat qeyd edib.

Seçilən
7
1
sitat.info

2Mənbələr