Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Estoniya nümayəndəsi Kersti Tominqas AZƏRTAC-ın müxbirinə bildirib ki, dayanıqlı tikinti şəhər siyasəti üçün əsas prioritet olmalıdır.
O, enerjiyə qənaət edən materialların istifadəsinin tullantıları azaltmaqla yanaşı, həm də məişət kommunal xərcləri minimuma endirdiyini vurğulayıb. Kersti Tominqasın sözlərinə görə, Avropa ölkələri tikinti sektorunda getdikcə daha çox dairəvi iqtisadiyyat prinsiplərini tətbiq edirlər. O, əlavə edib ki, WUF13-dəki müzakirələr praktik həllərin birgə axtarışı üçün mühüm platforma yaradır.
Müxbir - Vüqar Seyidov