AZ

Elmi işçi: Bir layihənin uğuru yalnız maliyyədən və ya strukturdan asılı deyil

Bakı, 21 may, AZƏRTAC

Təkcə pul və ya təşkilati imkanlar hər şeyi həll etmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər İqlimi Sülhü və Təhlükəsizliyi üzrə Siyasət Xülasəsi Layihəsinin Müşavirəsi”ndəki çıxışı zamanı London İqtisadiyyat Məktəbinin elmi işçisi Din Şarp deyib.

Onun sözlərinə görə, bir layihənin uğuru yalnız maliyyədən və ya strukturdan asılı deyil: "İnsanların öz qərarları, davranışları və təşəbbüsü də çox böyük rol oynayır. Vacib bir məntiq var: bir hadisənin başqa bir şeylə birlikdə baş verməsi o demək deyil ki, biri mütləq o birinin səbəbidir. Yəni “birlikdə görünürlər” demək “biri digərini yaradır” anlamına gəlmir. Bu, səbəb və nəticəni qarışdırmamaq üçün çox önəmli fikirdir".

Müxbir - Cavid Əliyev

Seçilən
11
1
azertag.az

2Mənbələr