AZ

Kukurelya İspaniya nəhənginə keçməyə yaxındır

"Çelsi"nin müdafiəçisi Mark Kukurelya karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Atletiko Madrid"in transfer siyahısındadır.

Madrid klubunun bu yay İspaniya millisinin üzvünü rənglərinə bağlamaq üçün bütün gücünü səfərbər edəcəyi bildirilib.

Kukurelya 2022-ci ilin avqustundan "Çelsi"nin uğurları üçün çalışır. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm London komandasının heyətində 49 matça çıxan Mark 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Toğrul

Seçilən
23
fanat.az

1Mənbələr