Bəs, qusarlıların gələcək hədəfi nədi? Tərəfdarların istəyini yerinə yetirmək nə dərəcədə mümkün olacaq?
Bu suallarla Əmirquliyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Əziyyət çəkib tribunalara gələn, komandanı dəstəkləyən, mənə belə xoş sürpriz edən azarkeşlərə təşəkkür edirəm. Allah hamısından razı olsun. Düzdü, gələn mövsüm çempionluq uğrunda oynayıb-oynamayacağımız hələ bilinmir. Ancaq biz bu məqsəd uğrunda mübarizə aparmaq istəyirik. İnşallah, yaxın günlərdə rəhbərliklə görüş olacaq, müzakirələr aparılacaq. Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq. Öz oynamağıma gəlincə, hələ qərar verməmişəm. Əlbəttə, komandamızın uğurları üçün oynamaq istəyərəm. Futbolsuz qalanda çox darıxıram. Ancaq meydanda fayda verə bilməyəcəmsə, komandama mane olmaq istəmərəm. İnşallah, mövsüm bitəndən sonra bu barədə də qərar veriləcək. Hər halda, çox istəyəm ki, "Şahdağ Qusar"ın maliyyə gücü olsun və çempionluq uğrunda mübarizə aparsın. Yenə də nəsə demək üçün tezdi. Bütün suallara mövsüm bitəndən sonra aydınlıq gələcək”.
KƏNAN BAHADIR