AZ

Bu iki icra başçısını nə birləşdirir? -

May ayının 21-i Azərbaycanda iki icra başçısı üçün əlamətdar gündür. Metbuat.az xəbər verir ki, söhbət Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdən gedir. Hər iki icra başçısı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 21 may 2020-ci ildə müvafiq olaraq Ağstafa və İmişli rayonlarının icra hakimiyyəytinin başçısı vəzifəsinə təyin olunublar. Bu gün həm Seymur Orucovun, həm də Elçin Rzayevin icra başçısı işləməyinin 6 ili tamam olur.

Qeyd edək ki, Seymur Orucov bu təyinata kimi YAP Gənclər Birliyinin sədri olub. Elçin Rzayev isə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Seçilən
56
metbuat.az

1Mənbələr