AZ

Keçmiş baş katibdən xəbərdarlıq: NATO ABŞ olmadan yaşaya bilməz

NATO ABŞ olmadan yaşaya bilməz, Avropa İttifaqı (Aİ) da ittifaq rolunu yerinə yetirə bilməz. 

Ölkə.az xəbər verir ki, bunu Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq SVT-yə müsahibəsində ABŞ-nin Alyansdan çıxması və NATO-ABŞ, ABŞ-Aİ arasındakı  böhranı şərh edərkən deyib.

O, NATO-nun hazırkı formasının ABŞ olmadan mövcud ola bilməyəcəyini vurğuladı. "Xeyr, təxminən 80 ildir tanıdığımız NATO deyil. Çünki söhbət Avropa və ABŞ-ın bir yerdə durması və bütün təhdidlərə qarşı durması ilə bağlıdır. Buna görə də Avropa və ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək çox vacibdir", - deyə o bildirib. 

Keşmiş baş katib onu da  deyib ki, Avropa Birliyinə böyük hörmətim var: “Amma inanmıram ki, AB ortaq təhlükəsizlik və müdafiə zəmanətləri baxımından NATO-nu əvəz edə bilər", - o qeyd edib.

Mürtəza

Seçilən
17
2
olke.az

3Mənbələr