AZ

Suriya ilk dəfə G7 sammitində iştirak edəcək

Suriya gələn ay Fransada keçiriləcək G7 sammitində qonaq ölkə kimi iştirak edəcək və ölkəni Prezident Əhməd əl-Şara təmsil edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Suriyanın G7 sammitində ilk iştirakı olacaq.

Qeyd olunub ki, Şaaraanın 15-17 iyun tarixlərində Fransanın cənub-şərqindəki Evian-le-Ben şəhərində keçiriləcək sammitə dəvəti bu həftə Parisdə keçirilən G7 maliyyə danışıqlarında iştirak edən Suriyanın maliyyə naziri İsser Barnierə şəxsən çatdırılıb.

Mənbə əlavə edib ki, Suriyanın danışıqlarda iştirakı, xüsusən də Hörmüz boğazından keçidlə bağlı problemlərin ortaya çıxmasından sonra ölkənin "potensial təchizat zəncirləri üçün strateji mərkəz" kimi rolunu təqdim etməyə yönələcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr