AZ

Rusiya Paşinyanı devirmək üçün ordu göndərib? - Moskvadan reaksiya gəldi

Rusiyanın Xarici İşlər Nazirliyi “The Insider” nəşrinin baş nazir Nikol Paşinyana qarşı fəaliyyət göstərmək üçün FSB, QRU və SVR əməkdaşlarının İrəvana göndərilməsi ilə bağlı yaydığı məlumatları yalan adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, sözügedən “araşdırma”da yer alan iddialar həqiqəti əks etdirmir və məqsəd Rusiya diplomatlarına psixoloji təzyiq göstərmək, eləcə də seçkilər öncəsi Ermənistan cəmiyyətini qorxutmaqdır.

“Materialda göstərilən arqumentlər açıq yalan və təşkil olunmuş təxribatdan başqa bir şey deyil”, - açıqlamada vurğulanıb.

Rusiya XİN əlavə edib ki, nəşr irəli sürdüyü ittihamları təsdiqləyəcək heç bir ciddi sübut təqdim edə bilməyib və yazıda çoxsaylı faktoloji səhvlərə yol verilib.

Seçilən
22
publika.az

1Mənbələr