AZ

İntensiv yağış yağacaq

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq.

Yağıntıların 21-dən 22-nə keçən gecə intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Seçilən
34
49
publika.az

10Mənbələr