AZ

Bahar Muradova: Şəhərsalma siyasəti uşaq hüquqları əsaslı yanaşma üzərində qurulmalıdır

Müasir dövrdə “ev” anlayışı insanlar üçün fiziki yaşayış məkanı anlamından daha geniş məna kəsb edir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, uşaq üçün ev sağlam inkişaf mühitidir, təhsil və qayğı xidmətlərinə çıxışdır, oyun və sosiallaşma imkanlarıdır.

“Bu gün dünya sürətli urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərsizliklər və məcburi köçkünlük kimi mürəkkəb çağırışlarla üz-üzədir.

Təəssüf ki, bu proseslərin təsirini ən həssas şəkildə hiss edən qruplardan biri məhz uşaqlardır.

Qeyri-rəsmi yaşayış məntəqələrində, həssas və münaqişədən təsirlənmiş mühitlərdə yaşayan uşaqlar çox vaxt mənzilə, keyfiyyətli təhsilə, səhiyyə xidmətlərinə və təhlükəsiz ictimai məkanlara çıxış baxımından ciddi çətinliklərlə üzləşirlər.

Məhz buna görə biz hesab edirik ki, şəhərsalma və mənzil siyasəti insan hüquqları və xüsusilə uşaq hüquqları əsaslı yanaşma üzərində qurulmalıdır.

Uşaqlar yalnız sosial siyasətin faydalanan tərəfi deyil. Onlar şəhərlərin gələcəyinin formalaşmasında fikir və ehtiyacları nəzərə alınmalı əsas iştirakçılardır.

Məhz buna görə uşaqların gündəlik həyat təcrübələri və ehtiyacları şəhər planlaşdırılması proseslərinə sistemli şəkildə inteqrasiya edilməlidir”, – deyə o bildirib.

Seçilən
67
1
apa.az

2Mənbələr