AZ

Bu meyvələr Altsheymer riskini azalda bilər

Seville University və University of Kent alimlərinin apardığı yeni araşdırma bəzi meyvə və tərəvəzlərdə olan “fitoen” maddəsinin yaddaş xəstəliklərinə qarşı qoruyucu təsir göstərə biləcəyini ortaya qoyub.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatda pomidor, yerkökü, ərik, qırmızı bibər, portağal və naringi kimi gündəlik qidalarda rast gəlinən fitoenin orqanizmdə mühüm rol oynadığı müəyyən edilib. Alimlər bildirir ki, bu bitki mənşəli maddə həm ömrün uzanmasına, həm də Alzheimer riskinin azalmasına təsir göstərə bilər.

Caenorhabditis elegans adlı mikroskopik qurdlar üzərində sınaqdan keçirilib. Nəticələr göstərib ki, bu maddə həmin canlıların ömrünü 10–18% artırıb və Alzheimerlə əlaqəli zədələnmələri 30–40% azaldıb.

Mütəxəssislər qeyd edir ki, fitoen kimi fitonutrientlər uzun müddət lazımi qədər araşdırılmayıb. Halbuki bitkilər yalnız vitamin və lif mənbəyi deyil, eyni zamanda sağlamlığa təsir edən minlərlə bioloji aktiv maddə ehtiva edir.

Bununla belə, alimlər vurğulayır ki, bu nəticələrin insanlarda eyni təsiri göstərməsi üçün əlavə tədqiqatlara ehtiyac var. Hazırda Alzheimer's disease dünyada ən geniş yayılmış demensiya növü olaraq qalır və yaddaş itkisi, diqqət azalması və davranış dəyişiklikləri ilə müşayiət olunur.

Piranə Xasiyeva

Seçilən
19
qht.az

1Mənbələr