AZ

Əyyub Kərimli: Şəhərlərin inkişafı üçün maliyyə resursları və investisiyalar vacibdir

Şəhərlərə investisiyanın cəlb edilməsi və bu prosesin səmərəli idarə olunması şəhər idarəçiliyində maliyyə dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq təcrübələr göstərir ki, şəhərlərin idarə olunması və inkişafı üçün əhəmiyyətli maliyyə resursları tələb olunur.

QHT.az xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin sədri Əyyub Kərimli mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı söyləyib.

"Müasir yanaşmalara əsasən, şəhərlər yalnız yaşayış məkanı kimi deyil, həm də biznes və investisiya mərkəzi kimi nəzərdən keçirilir. Bu baxımdan şəhərlərdə iqtisadi aktivliyin artırılması və biznes mühitinin cəlbedici hala gətirilməsi xüsusi önəm daşıyır", - deyə o diqqətə çatdırıb.

Seçilən
35
qht.az

1Mənbələr